12px13px15px17px
Tarix:04/05/12

“Cisco Systems” proqram təminatçısını satın alıb

“Cisco Systems” şəbəkə təhlili üçün həllər hazırlayan “Truviso” şirkətini satın almaqla bağlı planlarını elan edib. Sazişin qiyməti açıqlanmır. Məlumat üçün bildirim ki, “Truviso” şirkəti “Cisco Prime” adlı şəbəkə platformasında məlumatları real vaxt rejimində təhlil edən proqram təminatı hazırlayır.

“Cisco” şirkətindən bildiriblər ki, bu sazişi 2012-ci maliyyə ilinin sonuna bağlamaq niyyətindədirlər. “Cisco” şirkətinin nümayəndələri qeyd ediblər ki, şirkət “Truviso”-nun heyətini və həllərini “Cisco Network Management Technology Group”-a inteqrasiya etməyi planlaşdırır.








EMİL



Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020