12px13px15px17px
Tarix:08/05/12

“Nar Mobile” abunəçiləri bir istiqamətdə 4 qəpik ödəməklə taksi xidmətlərindən istifadə edir

Azərbaycanın ilk "3G" operatoru "Nar Mobile" abunəçiləri üçün möhtəşəm aksiya keçirib. Belə ki, şirkət 7-17 may tarixləri arasında abunəçilərinə, üzərində "Nar Mobile" yazısı və loqosu olan taksilərə  cəmi 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə etməyə imkan yaradır.

Bu xidmətdən paytaxt sakinləri, həmçinin "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə buyuran turistlər də yararlana biləcəklər.

"Hər zaman öz yenilikləri, şəffaflığı və sərfəli qiymətləri ilə fərqlənən "Nar Mobile", bu gün yenidən öz abunəçilərini sevindirir. Bu cür ucuz qiymətə taksi xidməti  ilk dəfədir ki ölkəmizdə keçirilir.

Abunəçilərimiz üzərində "Nar Mobile" və loqosu olan taksi avtomobillərinə əyləşərək bir istiqamətdə cəmi 4 qəpik ödəyəcəklər. Ümid edirəm ki, bu yeniliyimiz hamının ürəyincə olacaq. Göründüyü kimi, "Nar Mobile" artıq sərfəli paket qiymətlərini digər xidmət növlərinə müddətli olaraq şamil etməklə öz abunəçilərinin qeydinə qalır" -deyə "Nar Mobile" şirkətinin nümayəndəsi bildirib.



Baxış sayı: 1428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024