12px13px15px17px
Tarix:11/05/12

Yerli şirkət daha bir distribüterlik statusu aldı

“ULTRA” şirkəti “Daim Yenilik” prinsipinə sadiq qalaraq Koreyanın aparıcı şirkəti olan “АНА” ilə müqavilə bağlayıb və bununla da Azərbaycanda bu şirkətin məhsullarının eksklüziv distribüteri statusunu öz adına yazdırıb.

 Müqavilənin imzalanmasında “ULTRA” şirkətinin direktoru Zaur Məmmədzadə və Biznesin İnkişafı və İnteqrasiyası departamentinin direktoru Məhəmməd Zülfüqarlı, o cümlədən “AHA” şirkətinin prezidenti Albert Ku və regional menecer İbrahim MirzəMahmudov iştirak ediblər.

 “AHA” şirkəti özünün ilk fəaliyyətini maye kristal monitorların istehsalçısı kimi başlayıb və şirkətin təməli 1999-cu ildə qoyulub.

Bu gün “АНА” istər maye kristal monitorların, istərsə respublikamızda olduqca məşhur olan və “ULTRA” şirkəti tərəfindən Təhsil Nazirliyində və Azərbaycan Respublikası Maliyyə Nazirliyində quraşdırılmış planşet kompyuterlərin, interaktiv displeylərin və elektron podiumların aparıcı istehsalçısıdır.

Bundan başqa “AHA” şirkətinin fəaliyyət istiqamətlərindən biri tibb müəssisələri və banklar üçün avtomatlaşdırılmış həllərin işlənib hazırlanması və tətbiqidir. Habelə şirkət Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olur.

«Biz bu əməkdaşlığa görə çox şadıq, çünki hər şeydən öncə bu cür kontakt və əlaqələr təcrübələrin mübadiləsinə və qabaqcıl texnologiyaların bazarımıza gətirilməsinə, onları öyrənib və inkişaf etməyimiz üçün bir imkandır.

Xüsusilə biz yeni tərəfdaşımızın hal-hazırda Koreyada elektron təhsil sisteminin inteqrasiyası ilə məşğul olduğuna məmnunuq, çünki bildiyiniz kimi, “ULTRA” şirkəti də ölkəmizdə elektron təhsilin tətbiqi ilə məşğul olur. Bizim bu əməkdaşlıqdan böyük gözləntilərimiz var və ümid edirik ki, yaxın gələcəkdə cəmiyyət onun bəhrələrini görəcək»- deyə bu hadisəni şərh edərək Məhəmməd Zülfüqarlı bildirib.

CAHANGİR




Baxış sayı: 876

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Avqust 2020

12/08/20
Yeni virus istifadəçilərdən VPN xidmətinin məlumatlarını oğurlayır

İlk xatırlatması 2014-cü ilə təsadüf edən “Agent Tesla” kompüter virusu yenidən kibertəhlükəsizlik üzrə mütə

12/08/20
88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

“LG Electronics” şirkəti premium sinfinə aid “LG Signature” (OLED88ZX9LA modeli) televizorunu təqdim edib. 

12/08/20
“Xiaomi” şirkəti qabaqcıl smartfonunu təqdim edib

“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib

12/08/20
“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

Çinin “Xiaomi” şirkəti populyar “Redmi Note 9” smartfonunu yeni rəng çalarında təqdim edib

12/08/20
“Samsung Galaxy Note20” və “Galaxy Tab S7” qurğularının xüsusi versiyaları nümayiş olunub

“Samsung” şirkəti “Samsung Galaxy Note20” smartfonunun və “Galaxy Tab S7” planşetinin “Enterprise Edition&rd

12/08/20
Şəffaf “Xiaomi” televizoru təqdim edilib

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib<

11 08 2020

11/08/20
“Apple”ın direktoru milyarder olub

“Apple” şirkətinin direktorunun varidatı eyniadlı şirkətin səhmlərinin dəyərinin 

11/08/20
“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək

“Sony” şirkəti son dörd ildə “Xperia” smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır

11/08/20
“Qualcomm”un istehsalı olan çiplərdə boşluqlar aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri “Qualcomm”un istehsalı olan çiplərdə 400-dən çox boşluq 

11/08/20
“Android” və “iOS” arasında “WhatsApp” yazışmaları sinxronlaşdırılacaq

“Facebook” şirkətinə məxsus “WhatsApp”da messenceri yalnız bir smartfonda istifadə etməyə imkan verən məhdudiyyətlər aradan qa

11/08/20
“TikTok” dünyada ən çox yüklənilən əlavələr siyahısında liderdir

“Sensor Tower” analitik şirkəti 2020-ci ilin iyulu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reyti

11/08/20
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC 

11/08/20
“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında ş