12px13px15px17px
Tarix:14/05/12

Vergilər, rüsumlar və inzibati cərimələr elektron qaydada ödəniləcək

Vergi ödəyiciləri artıq dövlət büdcəsinə hesablanmış vergiləri, dövlət rüsumlarını, dövlət torpaqlarının icarə haqqını, maliyyə sanksiyalarını və inzibati cərimələri elektron qaydada ödəyə bilərlər.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, bunun üçün iki  metoddan istifadə etmək mümkündür.

Birinci halda nazirliyin "www.taxes.gov.az" internet səhifəsinin "E-xidmətlər" keçidini seçərək "İnternet vergi idarəsi"ndə "www.e-taxes.gov.az" "Giriş" düyməsini sıxmaq lazımdır. Burada ödəyici "Sistemə giriş səhifəsi"ndə sistemə öz istifadəçi kodunu, parol və şifrəsini daxil edib, "Bölmə" menyusunda "Onlayn Kargüzarlıq & e-VHF" seçib həmin bölməyə daxil olmaqla müvafiq əməliyyatı həyata keçirə bilər. İkinci metoda əsasən isə "http://www.apus.az/" saytında VÖEN daxil etməklə ödənişin elektron qaydada aparılması mümkündür.



HƏQİQƏT




Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020