12px13px15px17px
Tarix:14/05/12

Göyçayda “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda treninq keçirilib

İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göyçayda sahibkarlar üçün “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” və “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında treninqlər keçirilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib.

Tədbirdə, həmçinin, elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, “http://www.b2b.az/” elektron ticarət portalının təqdimatı keçirilib. Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


 
HƏQİQƏT




Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020