12px13px15px17px
Tarix:31/05/12

“Hewlett-Packard” şirkətinin rəhbərliyində kadr dəyişikliyi edilib

“Hewlett-Packard” şirkəti rəhbərlikdə yeni kadr dəyişiklikləri həyata keçirir. Belə ki, şirkətdə əvvəllər icraçı vitse-prezident vəzifəsində çalışmış Bill Vexte əməliyyat direktoru vəzifəsinə təyin edilib.

Bundan başqa, əvvəllər “Microsoft” korporasiyasında top-menecer işləmiş Vexte “Hewlett-Packard” şirkətində bütün proqram təminatının hazırlanması üçün məsuliyyət daşıyan rəhbər olacaq.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “HP” şirkətinin qərarına əsasən, Bill Vextenin əvəzinə əvvəllər “IBM”, həmçinin “Silver Lake” investisiya İT fondunda rəhbər vəzifələrində çalışmış Corc Kadifa tutacaq.

O, şirkətin İT, internet xidmətlər və aparat həllərinin satışları kimi əsas istiqamətlərinin inkişafına görə məsuliyyət daşıyacaq.Hər iki təyinetmənin bu gün qüvvəyə minəcəyi bildirilib.

EMİL




Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020