12px13px15px17px
Tarix:31/05/12

Ukrayna parlamenti İT şirkətlərinə görülməmiş güzəştlər təqdim edib

Ukrayna informasiya texnologiyaları sahəsi üçün bir sıra güzəştlər tətbiq edib.Dünən parlament İT şirkətlərin gəlirlərinin və İT şirkətlərin əməkdaşlarının vergi tariflərini 5%-dək azaldan qanun layihəsini qəbul edib. Yeni qanun Maliyyə Nazirliyinin etirazlarına baxmayaraq qəbul edilib.

Maliyyə Nazirliyi büdcə gəlirlərinin 800 milyon grn. həcmində azalmasından, həmçinin bazarın bir sıra iştirakçılarının güzəştlərin bölüşdürülməsi zamanı baş verəcək korrupsiyadan ehtiyat edir.

Ali Rada dünən Viktor Yanukoviç (ölkə prezidentinin oğlu) və maliyyə, bank fəaliyyəti, vergi və gömrük siyasəti ilə bağlı məsələlər üzrə komitənin sədr müavini Yevgeni Çarkovun rəhbərliyi ilə fəaliyyət göstərən deputat qrupu tərəfindən təklif edilmiş “Proqram məsulu sənayesinin subyektlərinin üzərinə vergi qoyma xüsusiyyətləri haqqında” və “Proqram məsulu sənayesinin subyektlərinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi haqqında” qanun layihələri qəbul edilib. İclas zalında səsvermə müzakirəsiz keçirilib.

O, dil siyasəti haqqında qanunun qəbul edilməsinə qarşı etiraz etməyə cəhd etmiş deputatlar tərəfindən pozulub. Nəticədə qanun layihələrinə müvafiq olaraq 262 və 245 deputat səs verib. Səs verən deputatların əksəriyyəti Regionlar partiyası, Kommunist partiyası, Xalq partiyası və “Gələcək üçün islahatlar” qrupunun üzvləridir.

Qəbul olunmuş qanunlar İT sahəsi üçün eşidilməmiş güzəştlər tətbiq edir. Eksperiment iştirakçısı olan şirkətlər üçün mənfəət vergisinin 10 il ərzində 21%-dən 5%-dək azaldılması nəzərdə tutulur və həmin şirkətlərdə çalışan fiziki şəxslər üçün gəlirlərin üzərinə qoyulan vergilərin 15%-dən 5%-dək azaldılması nəzərdə tutulur.

Həmçinin İT şirkətlərində çalışan işçilər üçün vahid ictimai ödəmə 5 il ərzində aşağı endiriləcək. Bu günədək ödəmə əmək haqqının miqdarının 36,76%-ni təşkil edib, indi isə iki minimal əmək haqqının (804 grn.) 36,76%-ni təşkil edir. Bundan əlavə, İT sahəsinə aid şirkətlərin məhsul və xidmətləri il ərzində əlavə dəyər vergisindən azad olunacaq.

Qanun layihəsinin müəllifləri bu güzəştləri Ukraynada İT xidmətlərinin inkişafı perspektivləri ilə izah ediblər. Ölkədə proqram təminatının hazırlanması ilə 2700 müəssisə məşğul olur. Çarkovun dediyinə görə, bazarın illik həcmi təxminən 10,2 milyard grn. təşkil edir. Bundan 9,3 milyard grn. ixraca istifadə olunur. Bazar iştirakçıları bildiriblər ki, vergi yükü azalsa, bazar hər il 50% artacaq. Məişət yükünün azalması həmcinin İT sahəsində əmək bazarının leqallaşdırılması ilə nəticələnəcək.

“Developers.org.ua” proqramçılar cəmiyyətində keçirilən sorğunun nəticələrinə görə, proqramçıların yalnız 23%-i əmək qanunvericiliyinin bütün normalarına əməl etməklə İT bazarında qeydiyyatdan keçiblər. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, əmək haqlarının leqallaşdırılması nəticəsində büdcə gəlirlərinin həcmi beş il ərzində 6,8 milyard grn.-dək artacaq.

Qanun layihələrinə birinci və ikinci oxunuş arasında əhəmiyyətli dəyişikliklər edilib.
Əvvəlcədən mənfəət vergisinin yalnız 16%-dək endirilməsi planlaşdırılır. “GlobalLogic Ukraine”, “Telesens İnternational”, “Sigma Ukraine” və “SoftServe” kimi üzvləri olan “Avropa Biznes İttifaqı” mənfəət vergisinin daha çox azalmasını tələb edib.

Eyni zamanda güzəştləri tələb etmək hüququna malik olan şirkətlərin siyahısı da dəyişilib. Həmin siyahıya proqram təminatının istehsalçıları və sistem inteqratorları ilə yanaşı, “İT-konsaltinq”də ixtisaslaşdırılan şirkətlər və ştatı 10 nəfərdən az olan təzə yaranmış şirkətlər daxil olub. İnternet-KİV və veb-portallar isə siyahıdan çıxarılıblar.

Baza iştirakçılarının xahişlərinə və baş nazir Nikolay Azarovun vədlərinə baxmayaraq qanun layihəsinin müəllifləri daimi vergi güzəştləri tətbiqinə razı olmayıblar. Strateji tədqiqatlar üzrə Milli İnstitutun iqtisadçısı Aleksey Moldovanın dediyinə görə, əgər güzəştlər daimi olarsa, onların təsiri xeyli azalacaq. 10 il ciddi layihələrin icrası üçün kifayət qədər uzun vaxtdır. Bununla yanaşı, hökumət aydın şəkildə bildirir ki, bu kimi vəziyyət daimi olmayacaq.

Maliyyə Nazirliyinin etirazlarına baxmayaraq qanun layihəsi qəbul olunmuşdu. Hələ aprel ayında Maliyyə Nazirliyi öz hesablamalarını təqdim edərkən bəyan edirdi ki, büdcə gəlirlərinin artmasının yerinə hər il 700 milyon grn. itki gözlənilir. Qanun layihəsinin müəlliflərindən biri olan Stanislav Arjevitin deyib ki, qanun layihəsinin Maliyyə Nazirliyindən daha çox nüfuzlu olan müdafiəçiləri tapılıb.

Əvvəl qanun layihəsini tənqid edən Maliyyə Nazirliyinin Vergi və gömrük siyasəti departamentinin direktoru Nikolay Cmeruk dünən qanunun qəbul olunmasına dair münasibətini bildirməkdən imtina edib. Bundan başqa, “Avropa Biznes İttifaqı” da qanun layihələrini tənqid edir. Onun fikrincə, bu sənəd güzəştlərin alınması hüququna malik olan şirkətləri müəyyən edən korrupsiya mexanizmini yaradır. Qanun layihəsində qeyd olunub ki, güzəştlərin verilməsi uçun şirkətlər elm, innovasiya və informatizasiya üzrə Dövlət Agentliyi tərəfindən müəyyən olunmalıdır.                  



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020