12px13px15px17px
Tarix:06/06/12

“Huawei” şirkəti yeni texnologiyaların tətbiqini sürətləndirir

Çinin  “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi  ölkəmizin dövlət və özəl provayderləri ilə sıx əməkdaşlıq edir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə şirkətin Bakı nümayəndəliyindən verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, bu operatorlar arasında “Aztelekom”İB, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  “Azertelecom”MMC, “Azerfon”MMC, “Bakcell”MMC ön sıralardadır. Şirkət BTRİB şəbəkəsində NGN texnologiyasını tətbiq etməklə vətəndaşların internet və bütün multimedia xidmətlərinə çıxış imkanlarını daha da genişləndirib.

Bundan başqa Naxçıvanda 40 mindən çox abunəçiyə xidmət edən müasir NGN şəbəkəsi də bu sıradakı işlərdəndir. Müasir texnologiyaların tətbiqi sahəsində öndə olan şirkət  “Aztelekom”İB-də  “DWDM” şəbəkəsini qurmaqla yanaşı, Gəncə, Sumqayıt, Salyan, Kürdəmir və Masallı şəhərlərində 100 min nömrədən çox NGN şəbəkəsini qurmaqla öz töhfəsini verib.

Bundan başqa şirkət “Azərtelecom”MMC üçün “DWDM” beynəlxalq magistral şəbəkənin qurulması və “IP-MPLS” şəbəkənin qurulması kimi layihələr də həyata keçirib. Eyni zamanda “Huawei” ötən il “Aztelekom”İB-nin regionlarda genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinin birinci mərhələsi kimi elan etdiyi tenderin qalibi olmaqla böyük bir layihənin reallaşdırılmasını həyata keçirdi.

Burada söhbət 100 min abunəçi üçün genişzolaqlı internetin təşkili üzrə layihədən gedir. Qısa zamanda bu layihə gerçəkliyə çevrildi. BTRİB-lə şirkət arasında sıx əməkdaşlıq nəticəsində NGN şəbəkəsinin artırılması və genişzolaqlı internet istifadəçilərinin sayının artırılması istiqamətində işlər aparılır.

 Şirkət Azərbaycanda əsas “3G” ilə yanaşı,  “LTE”, “GPON”  kimi yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər aparır.

Bu istiqamətdə intensiv tədbirlər həyata keçirən şirkət gələcəkdə Azərbaycanda “LTE” texnologiyasının inkişafı və tətbiqi, genişzolaqlı internet istifadəçilərinin sayının artırılması, “GPON” texnologiyasının tətbiqi ilə hər abunəçiyə səs və internet servislərindən əlavə “IPTV” və digər servislərin verilməsini  gerçəkləşdirmək əzmindədir.

“Azerfon”MMC və  “Bakcell”MMC mobil  operatorlarla əməkdaşlığın genişləndirilməsi perspektiv planlar sırasındadır. Şirkət “3G” texnologiyasının tətbiqində yaxından iştirak etməklə adını tarixə yazıb. Belə ki, şirkətin layihə planlanmasında yüksək keyfiyyətli mobil telefonları və data modemlərini Azərbaycan bazarında yaymaqla əhalinin daha keyfiyyətli mobil xidmətlərdən istifadə etməsinə şərait yaratmaq ön sıradadır.

RƏVAN




Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020