12px13px15px17px
Tarix:10/07/12

İT xərclərin həcmi “bulud” xidmətləri sayəsində artır

Qlobal əmək bazarındakı əlverişsiz vəziyyətə və Avropada iqtisadi qeyri-sabitliyə baxmayaraq, informasiya texnologiyalarına (İT) sərf edilən xərclər yüksək templə artmağa davam edir.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, “Gartner” analitik şirkətinin hesablamasına görə, 2012-ci ildə qlobal İT xərclərin həcmi 3,6 trilyon dollar təşkil edəcək.

Hazırda ən prioritet istiqamətlərdən biri ümumi “bulud” xidmətləri hesab edilir. Onlara sərf ediləcək xərclər 2012-ci ildə 109 milyard dollara qədər artacaq. Bu göstərici ötən illə müqayisədə 19 faiz  çoxdur.
"Dünya bazarındakı problemlər (Avropa zonasında böhran, Çində artım sürətinin ləngiməsi) qalmaqdadır. Lakin vəziyyəti sabit hesab etmək olar" – “Gartner”-in tədqiqatlar üzrə vitse-prezidenti Riçard Qordon bildirib.

2012-ci ildə korporativ proqram təminatının satınalmasına 281 milyard dollar xərclənəcəyi gözlənilir. Hesablama texnikasına sərf ediləcək xərclər 420 milyard dollar təşkil edəcək. 2012-ci ildə müxtəlif növ İT xidmətin göstərilməsinə sərf ediləcək xərclər 864 milyard dollar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 2,3 faiz çoxdur.

Telekommunikasiya xidmətlərinə sərf ediləcək xərclərin 1,7 trilyon dollar səviyyəsində olacağı gözlənilir. Bu göstərici ötən illə müqayisədə 1.4 faiz çoxdur. İnsanlar internet-trafik və rəqəmli elektronikadan istifadəyə görə daha çox pul ödəyəcəklər.

Analitiklərin fikrincə, dövlət sektorunda İT sahəsinə çəkiləcək xərclər Avropa zonasına aid ölkələrin iqtisadiyyatında tətbiq ediləcək sərt proqram nəticəsində 2012 və 2013-cü illərdə bir qədər azalacaq.
 
EMİL




Baxış sayı: 1215

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024