12px13px15px17px
Tarix:01/06/11

Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq

Trans Asia-Europa (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir. “Aztelekom” İB baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev İCTNews-abildirib ki, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir TKQ-lərin ardınca Daşburun-Füzuli xəttinin tikintisi ilə Füzuli rabitəsinin mərkəzi ATS-nin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa bağlantısı təmin edilib. Bunun ardınca da Yardımlı rabitəsinin Masallı istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Artıq işlərin bir qismi həyata keçirilib. Neftçala, Lerik və Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulması gələcək planlar sırasındadır. 
Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.


 





Baxış sayı: 6440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024