12px13px15px17px
Tarix:01/06/11

“AzEuroTel” MMC oldu

“AzEuroTel” Birgə Müəssisəsinin təşkilati-hüquqi forması dəyişdirilib. Bundan sonra “AzEuroTel” Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərəcək. “AzEuroTel” Birgə Müəssisəsi (BM) Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Böyük Britaniyanın “Lukoyl-Europa Ltd” şirkətinin təsisçiliyi və 50%-50% pay nisbəti ilə 1995-ci ildə təsis edilib. Rabitə Nazirliyi “AzEuroTel” BM-in Nizamnamə Fondunda 50% payını 50 min ABŞ dolları həcmində vəsait ödəməklə formalaşdırıb, eyni zamanda BM-in fəaliyyəti üçün bina, kommunikasiya qurğuları, yardımçı sahələr ayrılıb.
Hazırda 30000 nömrə tutumu və 27000 istifadəçisi olan “AzEuroTel” BM fəaliyyəti müddətində istifadəçilərə bir qayda olaraq müasir və nümunəvi xidmətlər göstərməsinə baxmayaraq, son illərdə BM-in maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər yaranmış, kənar təşkilatlara külli miqdarda borclar formalaşmış, BM-in investorlar üçün cəlbediciliyi azalmış və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatıb.
“AzEuroTel” BM-in xarici təsisçisi “Lukoyl-Evropa Ltd” şirkətinin ləğv edildiyi və “AzEvroTel” BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, eyni zamanda nizamnamə fondunda 50 % dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə, “AzEuroTel” BM-in təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilib.
“AzEuroTel” BM-in “Az-EvroTel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.



Baxış sayı: 8127

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024