12px13px15px17px
Tarix:26/07/12

Bakıda elmi innovativ tədqiqatlara dair konfrans işə başlayıb

Novxanı qəsəbəsindəki “Olimpik” idman və istirahət kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin birinci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi əsasında “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” mövzusunda elmi konfrans işə başlayıb. Həmçinin layihə çərçivəsində elmi  innovativ ideyalar müsabiqəsi təşkil edilib.

Beş gün davam edəcək tədbir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Konfransda çıxış edənlər Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətini xüsusi olaraq qeyd ediblər. Vurğulanıb ki, bu proqram Azərbaycanın dövlətçilik tarixində gənclər siyasəti sahəsində qəbul olunmuş çox mühüm sənəddir.

Konfransda iştirak edən gənc tədqiqatçıların çıxışları AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Artıq konfransın materialları kitab şəklində nəşr olunub.
Elmi-innovativ ideyalar müsabiqəsində isə 1, 2 və 3-cü yerləri tutan gənc tədqiqatçılara qiymətli hədiyyələr təqdim ediləcək.
Konfrans və müsabiqə gənc alimlərin ikinci respublika innovativ ideya yarmarkası çərçivəsində keçirilir.




Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020