12px13px15px17px
Tarix:01/08/12

Elektron xidmətlər iqtisadi proseslərə müsbət təsirini göstərməkdədir

Azərbaycanda vergi ödəyicilərinin istifadə etdikləri elektron xidmətlər iqtisadi proseslərə müsbət təsirini göstərməkdədir. Bu ilin birinci yarısında elektron xidmətlərdən istifadə səviyyəsini əks etdirən göstəricilər də faktı təsdiqləyir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu sahədə “Vahid pəncərə” sistemi üzrə göstəricilər xüsusi diqqət çəkir. Belə ki, 2012-ci ilin birinci yarısında Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “Vahid pəncərə” prinsipi üzrə aparılması davam edib və  qeydə alınmış sahibkarlıq subyektlərinin ümumi sayı 36.644 təşkil edib.

Bunlardan 2.271-si kommersiya hüquqi şəxslər, 34.373 isə fərdi sahibkarlardır: “Qeydiyyat məlumatları mərkəzləşdirilmiş şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür. İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, ilin ilk yarısı ərzində vergi ödəyicilərinə “Bir pəncərə” vasitəsilə 18.068 nəzarət kitabçası təqdim edilib”. Bundan başqa, banklarla elektron mübadilə də hazırda müsbət göstəricilərlə seçilir: “Vergi ödəyicilərinə daha əlverişli şərait yaratmaq məqsədilə Vergilər Nazirliyi, Mərkəzi Bank və bank idarələri arasında hesabların açılması və hesablanmış vergilər üzrə borcların, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsi aparılmaqdadır. Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın genişləndirilməsi sahəsində 2012-ci ilin birinci yarısında işlər davam etdirilib.

“Yunayted Kredit Bank” ASC, “NBC Bank” və  “Bank Respublika” ilə vergi orqanları arasında hesabların açılması üçün şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün sərəncamların elektron mübadiləsinə başlanılıb. Bununla da respublikamızda fəaliyyət göstərən kommersiya banklarından 34-nün və ya 77 faizinin elektron mübadiləyə qoşulması təmin edilib”. Eyni zamanda, “Kapitalbank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərlə elektron sənəd mübadiləsi istiqamətində test işləri aparılır.
 
HƏQİQƏT





Baxış sayı: 800

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.