12px13px15px17px
Tarix:17/08/12

Daha bir operator “Daşınan nömrələr” layihəsinin

"Nar Mobile" abunəçiləri "Daşınan nömrələr" ("Mobile Number Portability" (MNP)) layihəsi çərçivəsində yeni 10 rəqəmli yığım formatını tətbiq etməyə başlayıb. Yeni qaydalara əsasən, şəbəkədaxili zənglər, SMS, MMS üçün Nar Mobile abunəçiləri nömrədən əvvəl 070/077 prefiksini yığmalıdırlar.

Bununla da, "Nar Mobile" abunəçiləri yeni yığım qaydasından istifadə etməklə zəng edə biləcəklər.

Şirkətdən verilən məlumata görə, "Daşınan nömrələr" layihəsi çərçivəsində "Nar Mobile" tərəfindən bir sıra işlər həyata keçirilib. Bu ilk növbədə abunəçilərin sayını artırmağa imkan yaradacaq.

Şirkətdə hesab edirlər ki, MNP xidməti Azərbaycanın hər üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır.

Qeyd edək ki, MNP xidmətinin tətbiqi abunəçilərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanını verəcək.



Baxış sayı: 418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020