12px13px15px17px
Tarix:31/08/12

“Kindle Fire” planşeti tükənib

“Amazon” şirkəti “Kindle Fire” planşetlərinin bütün ehtiyatlarını satıb qurtarıb. “Amazon” internet mağazasından qurğunu satın almaq daha mümkün olmayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkət “Kindle Fire” planşetlərinin satışlarının bərpa olunacağı haqqında məlumat verməyib, lakin gələcək üçün maraqlı planları olduğunu açıqlayıb. Ehtimal ki, bu, “Amazon” şirkətinin sentyabrın 6-da keçiriləcək təqdimatına işarədir. Şirkətin təqdimatda planşetin daha böyük təsvir ölçüsünə malik yeni versiyasını təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, “Kindle Fire” planşetinin birinci modeli 2011-ci ilin sentyabrında təqdim edilmişdi. O, ikinüvəli prosessor, 8 QB  yaddaş, 7 düymlü ekran, kamera və mobil modul ilə təchiz olunmuşdu. Qiyməti 199 dollar təşkil edirdi.

“Amazon” şirkəti 2012-ci ilin avqustunda “Kindle Fire” planşetlərinin Amerika bazarının 22 faizinə nəzarət etdiyini iddia edib.
 
EMİL




Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020