12px13px15px17px
Tarix:15/09/12

"Hewlett-Packard" smartfon istehsalını bərpa edəcək

"Hewlett-Packard" (HP) şirkəti smartfon istehsalını bərpa etmək  niyyətindədir. Bu barədə şirkətin direktoru Meq Uitmen (Meg Whitman) "Fox Business"-ə verdiyi müsahibədə bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "Biz smartfon təqdim etməliyik" - Uitmen bildirib və qeyd edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə smartfonlar yeganə əlçatan elektron qurğulardır. Smartfonları planşet və ya noutbuka pulu çatmayan şəxslər satın alır.

"HP"-nin direktoru bildirib ki, şirkət məhsulun üzərində çalışır, lakin  hazırlanmaqda olan qurğunun xüsusiyyətləri, satışa çıxarılma tarixi haqqında heç bir məlumat verməyib.

Qeyd edək ki, "HP" şirkəti 2010-cu ildə " Palm Inc." üçün 1.2 milyard dollarından keçməli oldu. " Palm Inc." şirkəti "webOS" platformasının istehsalçısı idi. "HP" bu satınalmanı həyata keçirməklə smartfon və planşet xəttini "webOS" platformasında inkişaf etdirmək istəyirdi, lakin 2011-ci ildə bu layihədən imtina etdi. "HP" şirkəti "webOS" əməliyyat sistemini açıq mənbəli etdi.


EMİL




Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020