12px13px15px17px
Tarix:15/09/12

BDU-da jurnalistika fakültəsinin İnternet Televiziyası yayım üçün tam hazır vəziyyətə gətirilib

Bakı Dövlət Universiteti (BDU) bu tədris ilinə də bir sıra yeniliklərlə başlayır. Universitetin fizika, kimya, biologiya, coğrafiya, ekologiya, jurnalistika, o cümlədən humanitar fakültələrin elmi-tədqiqat, tədris laboratoriyaları yeni avadanlıqlarla təmin olunub, bir sıra laboratoriyalar yenidən qurulub, yataqxana kompleksinin layihələndirmə işləri artıq başa çatdırılıb.

Fizika fakültəsinin Nanoaraşdırmalar laboratoriyasına dəyəri 1 milyon 200 min dollar olan "JSM – 7600 F" elektromikroskop və "Mini-Flex 600" rentgen difraktometr, kimya fakültəsinə dəyəri 100 min dollar olan qazxromotoqrof, biologiya fakültəsinə neyrospektr və mikroskoplar, coğrafiya fakültəsinə CPS cihaz avadanlıqları alınıb, ekologiya fakültəsinin bioekologiya laboratoriyası və jurnalistika fakültəsinin İnternet Televiziyasının yayımı üçün otaq istifadə üçün tam hazır vəziyyətə gətirilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, bu tədris ilindən həmçinin universitetin Quba rayonunda Tədris-Təcrübə Bazası istifadəyə hazırdır. 8 hektar ərazini əhatə edən Tədris-Təcrübə bazası 5 mərtəbəlidir və 400-ə yaxın universitet əməkdaşı və tələbə üçün nəzərdə tutulub. Yataqxana kompleksnin layihələndirmə işləri başa çatdırılıb. Müasir – otel tipli yataqxanaların inşası nəzərdə tutulur. 

HƏQİQƏT



Baxış sayı: 2917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020