12px13px15px17px
Tarix:22/09/12

Elektron formada sığorta fəaliyyətinə lisenziyanı necə almaq olar?

Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir. “ICTnews.az” elektron xəbər xidməti bildirir ki, sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər də lisenziyanı elektron qaydada ala bilər. Bununla əlaqədar olaraq nazirliyə ilkin müraciət üçün elektron müraciət göndərilməlidir. E-müraciət forması Maliyyə Nazirliyinin rəsmi internet səhifəsinin (maliyye.gov.az) «Elektron xidmətlər» bölməsində yerləşdirilib.

Nazirlik bildirir ki, bu formanı doldurub göndərəndən sonra şəxsin göstərdiyiniz e-poçt ünvana yoxlama məktubu göndəriləcək. Həmin məktubda şəxs tərəfindən daxil edilən məlumat dərc olunacaq. Sığorta fəaliyyəti göstərmək istəyən kəs e-ünvana gələn məlumatı təsdiqləməlidir, ya da səhv tapılarsa, forma yenidən doldurulmalıdır. Sığorta fəaliyyəti göstərmək niyyətində olan şəxslər lisenziya almaq üçün ilkin müraciətində VÖEN, təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, faktiki telefon nömrəsi, e-poçtla bağlı olan suallara dolğun, dəqiq və lakonik cavabları nazirliyin saytında göstərilən abzaslarda qeyd etməlidir.
 
Müraciətə əlavə olunacaq elektron sənədlər
 
Elektron qaydada lisenziya almaq istəyən şəxslər bir sıra sənədləri nazirliyə internet vasitəsi ilə təqdim etməlidir. Nazirlik sənədləri elektron fayl şəklində doc (docx), «pdf»  ya da «jpg» (jpeg) formatlarında və hər birinin həcmi 2 Mb-dan artıq olmamaq şərtilə qəbul edir. MN xahiş edir ki, bu zaman göndərilən fayları adlandıranda, faylın adına müəssisənin adını əlavə etmək lazımdır. Məsələn: “müəssisəninadı_ərizə.doc”, “müəssisəninadı_vergiuçotu.pdf” və s.

Lisenziya verilməsi ilə bağlı müraciət məktubu (sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət) da əlavə olunan sənədlər siyahısındadır.
 
Sığortaçının təsisçisi olmaq istəyən şəxslərin elektron təsdiqi
 
Sığortaçının təsisçisi olmaq istəyən şəxslərlə bağlı nazirlik tərəfindən müəyyən edilmiş məlumatları təsdiq edən sənədlər də elektron qaydada MN-in saytında xüsusi ayrılmış abzasda yüklənməlidir. Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün bir sıra tələblərə cavab verməlidir. Bura «müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu» daxildir. Eləcə də nazirlik bildirir ki, yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir: qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.

- Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir: öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu; fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi; son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrar sığorta fəaliyyətini həyata keçirməsi; beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması.

Açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti də nazirliyə təqdim olunmalıdır.
 
Hüquqi və fiziki şəxslər üçün
 
Maliyyə Nazirliyi bildirir ki, hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar da təqdim olunan sənədlər sırasındadır. Eyni zamanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti, son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları, nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti də saytda yaradılan xüsusi bölmələrə yüklənməlidir.

Fiziki şəxs olan təsisçilərin isə şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər də skaner edilmiş formada MN-ə göndərilməlidir. Üstəlik, şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd, təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar da göndərilən sənədlər içərisində öz əksini tapmalıdır.
 
Elektron biznes-plan
 
Elektron qaydada lisenziya almaq istəyənlər ən azı növbəti 3 il bir sıra məlumatları əks etdirən biznes-plan hazırlamalıdırlar. Bu siyahıya təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği, fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği, sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər, marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları, təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı, təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz, auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat, biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi, istifadə ediləcək ofis binasının, kompyuter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompyuter proqramlarının təsviri, daxili nəzarət mexanizmlərinin təsviri daxildir.

Sonda rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri skan edilmiş variantda nazirliyin «e-xidmətlər»ində ayrılmış bölmədə yerləşdirilməlidir.
 
Təkrarsığorta fəaliyyəti üçün lisenziyanın elektron qaydada alınması
 
Maliyyə Nazirliyinin göstərdiyi «e-xidmətlər»ə təkrarsığorta fəaliyyəti üçün lisenziyanın elektron qaydada alınması da daxildir. Burada da şərtlər və tələb olunan sənədlər yuxarıda sadalananlarla eynidir. Təkrarsığorta fəaliyyəti üçün elektron qaydada lisenziya almaq istəyən şəxslər nazirliyin rəsmi internet səhifəsinə daxil olaraq «Elektron xidmətlər» bölməsini seçməlidir. Bu zaman açılan pəncərədən «Xüsusi razılıqlar», «Sığorta fəaliyyəti» və «Təkrarsığorta fəaliyyətinə lisenziya» bölmələrinə daxil olmaqla ilkin müraciət formasını doldurmaq lazımdır.
 
Sığorta fəaliyyətinə müddətsiz lisenziyanın alınması
 
Maliyyə Nazirliyi sığorta fəaliyyətinə müddətsiz lisenziyanın alınması üçün edilən müraciətləri elektron qaydada da qəbul edir. Bu zaman VÖEN, təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, faktiki telefon nömrəsi, e-poçt ünvanı nazirliyə təqdim olunmalıdır. Bundan əlavə, ərizə, dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti, lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin  məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (bank qəbzi) skan edilmiş formada sayt vasitəsi ilə nazirliyə təqdim olunmalıdır.

Seymur




Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.