12px13px15px17px
Tarix:25/09/12

Şagird qəbulunun elektron ərizələr əsasında həyata keçirilməsi ilə bağlı təkliflər təsdiqlənməyib

Azərbaycanın orta ümumtəhsil müəssisələrinə şagird qəbulunun elektron ərizələr əsasında həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin verdiyi təklifləri Nazirlər Kabineti (NK) hələlik təsdiqləməyib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədov məlumat verib.

TSİİ rəisi qeyd edib ki, səbəb kənd məktəblərinin tam şəkildə internetə qoşulmaması ilə bağlıdır: “Hazırda Azərbaycanda internetə qoşulmuş məktəblərin sayı ölkədəki ümumi məktəblərin 30 faizə yaxınını təşkil edir. Bu ilin sonuna kimi bu göstəricinin 30-35 faizə çatacağı gözlənilir”. Ona görə də sözügedən elektron xidmətə keçid hələlik bir qədər tez hesab olunur: “ Bunun üçün bütün təhsil müəssisələrinin internetə qoşulması vacibdir. Ola bilər ki, biz bu işə növbəti ildən pilot olaraq, “Elektron məktəb”lərdə başlayaq”.







HƏQİQƏT




Baxış sayı: 444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020