12px13px15px17px
Tarix:28/09/12

Bakıda yaşıl texnologiyanın tətbiqi ilə bağlı seminar keçirilib

Sentyabrın 27-də Bakıda Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) təşkilatçılığı ilə "Greenevo - Yaşıl Texnologiyaların Akseleratoru" adlı iqtisadi seminar keçirilib.

Polşanın Azərbaycandakı səfiri Mixail Labenda son illərdə ölkəsinin iqtisadiyyatının inkişaf etdiyini, hətta qlobal maliyyə böhranı dövründə iqtisadiyyatda artım qeydə alındığını vurğulamışdır. Bildirilmişdir ki, Polşa ekologiya və yeni texnologiyalara sərmayə yatıran ölkədir, üçüncü rübdə burada ümumi daxili məhsul 2,4 faiz artıb.

Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov bildirmişdi ki, Azərbaycanda hər il təxminən 50 milyon ton neft, 27 milyard kubmetr qaz və 18 milyard kVt/saat elektrik enerjisi istehsal olunur. Yanacağın böyük həcmdə istifadəsi nəticəsində ekoloji çətinliklər yaranır. Məhz bu baxımdan Azərbaycanda yaşıl texnologiyalardan istifadə vacibdir. Qeyri-neft sektorunda da yaşıl texnologiyanın tətbiqinə böyük ehtiyac vardır.

Aparat rəhbəri Sumqayıt Texnologiyalar Parkı, Balaxanı Sənaye Parkı və bu sahədə görülən işlərdən danışıb.Tədbir çərçivəsində Polşanın yaşıl texnologiyalardan istifadə edən 11 şirkətinin təqdimatı keçirilib.



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020