12px13px15px17px
Tarix:03/10/12

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda elektron sənəd dövriyyəsinə keçəcək

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda elektron sənəd dövriyyəsinə keçəcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

O bildirib ki, nazirlik daxilində elektron sənəd dövriyyəsini tətbiq etmək üçün artıq ilkin mərhələdə işlərə başlanılıb: «Proses gedir, sürətli şəkildə işlər həyata keçirilir. Yəqin ki, yaxın zamanlarda iş bitdikdən sonra bizim nazirlikdə də elektron sənəd dövriyyəsi tətbiq olunacaq». 

Murtuzəli Hacıyev onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu günə qədər 10-a yaxın elektron imza alıb. Onun sözlərinə görə, e-imza ilk növbədə rəhbər şəxslər üçün alınıb: «Yəni müavinlər, şöbə müdirləri və s. üçün elektron imzalar alınıb. Lakin bu proses davam etdirilir və qarşıdakı aylarda nazirliyin digər əməkdaşları üçün də e-imzalar alınacaq».





SEYMUR




Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Yanvar 2020

25 01 2020

25/01/20
Fevralın 1-dən “WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi

25/01/20
“Swiss Post” məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib

İsveçrə poçtu məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini 

25/01/20
Yeni GPS sistemi ərazi üzrə istiqamətlənməni yaxşılaşdıracaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən təqdim edilmiş yeni GPS sistemi