12px13px15px17px
Tarix:05/10/12

Vaşinqtonda, Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna hazırlıq müzakirə olunub

Məlum olduğu kimi, bu il noyabrın 5-dən 9-dək Bakıda İnternetin idarə edilməsinə dair 7-ci Qlobal Forum keçiriləcək. Vaşinqtonda, Karneqi fondunda keçirilmiş brifinqdə həmin foruma hazırlıq barədə məlumat verilmişdir. Tədbirdə ABŞ Dövlət Departamentinin əlaqələndiricisi səfir Filipp Ferviyer və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nərgiz Qurbanova çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, F.Ferviyer İKT sektorunun inkişafına dair Azərbaycanın səylərini müsbət qiymətləndirərək, forumun Bakıda təşkil edilməsinə görə ölkəmizin hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, bu tədbir müvafiq sahədə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacaq. Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Forum məkanlarında Amerika Ticarət Palatası ilə birgə keçiriləcək, hər iki ölkənin işgüzar dairələrinin iştirak edəcəyi konfrans barədə brifinq iştirakçılarına məlumat verib.

N.Qurbanova Azərbaycanda İKT-nin inkişafı üçün hökumət tərəfindən həyata keçirilən uğurlu siyasət, bu sahədə ABŞ ilə müştərək layihələr, habelə Azərbaycanın transregional təşəbbüsləri barədə söhbət açaraq qeyd edib ki, bu təşəbbüslər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqin azaldılmasına, region ölkələrinin davamlı iqtisadi inkişafına şərait yaradacaq. Brifinq iştirakçılarına Bakı Forumunun təşkilati aspektləri barədə ətraflı məlumat verilib.

RƏVAN




Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020