12px13px15px17px
Tarix:06/10/12

Qabaqcıl texnologiyalara əsaslanan Yaponiyanın “Mayekawa Intertech AG” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir

Azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifi bu dəfə Yaponiyanın qabaqcıl texnologiyalara əsaslanan “Mayekawa Intertech AG” şirkətindən gəlib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, 1924-cü ildə təsis edilmiş “Mayekawa Intertech AG” şirkəti Yaponiyanın müxtəlif tipli kompressor qurğularının istehsalı ilə məşğul olan qabaqcıl və tanınmış şirkətlərindən biri hesab edilir: “Hazırda şirkət qaz hasilində istifadə olunan yüksək keyfiyyətli və ekoloji təmiz kompressorlar istehsal edir.

Bununla yanaşı, şirkət qida məhsullarının saxlanılması məqsədilə istifadə olunan soyuducu kompressorlar da istehsal etməkdədir. Şirkətin istehsal etdiyi digər bir növ avadanlıqlar içərisində ət məhsullarının istehsalında geniş istifadə edilən robotlar və digər texniki ləvazimatlar xüsusi yer alır”. Bundan başqa, “Mayekawa Interteeh AG” şirkətinin istehsal etdiyi soyuducu avadanlıq və texnologiyalar idman komplekslərinin buz örtüyünün təmin edilməsində istifadə olunur.

Məsələn, 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının idman komplekslərinin buz örtüyünün təmin edilməsi məhz “Mayekawa Intertech AG” şirkətinə həvalə edilmişdir: “Sözügedən şirkət Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir və bununla bağlı yerli şirkətləri əməkdaşlığa dəvət edir”.

Şirkətlə əməkdaşlıqda maraqlı olan şirkətlər və iş adamları şirkətin İsveçrədəki nümayəndəliyi ilə (nümayəndəliyin rəhbəri: Toşio Yaqitani, əlaqələndirici şəxs: Piter Vranik) tel: +41 (0)41 726 86 26; fax: +41 (0)41 726 86 20; e-mail: info@mayekawa.ch; www.mayekawa.ch kimi vasitələrdən istifadə edərək əlaqə yarada bilərlər.

HƏQİQƏT




Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020