12px13px15px17px
Tarix:10/10/12

“Microsoft” Stiv Ballmerin bonusunu azaldıb

“Microsoft” artıq üçüncü ildir ki, şirkətin baş direktoru Stiv Ballmerə veriləcək bonusun həcmini azaldır. Şirkət bildirib ki, bonusun bu dəfə azaldılmasına aşağı maliyyə göstəriciləri, onlayn fəaliyyət göstəricilərinin zəif olması və Avropa tənzimçiləri ilə yenidən yaranmış problemlər səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son maliyyə ilinin nəticəsinə görə Stiv Ballmerin bonusu 1.37 milyondan 620 min dollaradək azaldılıb. Ballmerin illik maaşında dəyişiklik olmayıb və 685 min dollar təşkil edir.

“Microsoft”un Direktorlar şurasının üzvləri bildiriblər ki, Ballmer onlayn fəaliyyətdəki zərərlərin öhdəsindən gələ bilmir, bununla belə digər əsas rəqiblərin onlayn gəliri artmaqdadır. Direktorlar şurası, həmçinin “Skype”-ın “Microsoft” məhsullarına inteqrasiya edilməsinin aşağı səviyyədə olmasını qeyd edib.



EMİL




Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020