12px13px15px17px
Tarix:11/10/12

Mobil operatorlar “SMS” üçün tətbiqlərə görə 23 milyard dollar itirəcəklər

“Ovum” tədqiqat şirkətinin məlumatına görə, dünyanın mobil operatorları 2012-ci ilin sonunadək 23 milyard dollar gəlir itirəcəklər. Smartfon istifadəçilərinin pulsuz SMS göndərməyə imkan verən tətbiqdən istifadəyə keçməsi buna səbəb olacaq. Şirkətin proqnozuna görə, 2016-cı ilədək zərərin həcmi 54 milyard dollara çatacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “WhatsApp” kimi tətbiqlər vasitəsilə pulsuz “SMS” göndərmək variantı getdikcə daha geniş yayılır.
“Ovum” şirkəti bildirib ki, mobil şirkətlərə yalnız yeni vəziyyətə (innovasiyaların tətbiqi və yeni xidmətlərin təqdim edilməsi) uyğunlaşmaq qalır.

Qeyd edək ki, smartfonların geniş yayılması ilə əlaqədar vəsait itirmədən ünsiyyət qurmağa imkan verən proqramların populyarlığı getdikcə artır. Belə ki, müxtəlif smartfon modellərinə  pulsuz zəng etmək imkanı təqdim edən “Skype” və “To Me” quraşdırılır.
 
EMİL




Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020