12px13px15px17px
Tarix:29/10/12

“Amazon” 9 ildə birinci dəfə rübü zərərlə başa vurub

"Amazon" şirkəti 2003-cü ildən etibarən birinci dəfə olaraq rübü zərərlə başa vurub. Xalis zərərin həcmi 274 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq rübündə şirkət 63 milyon dollar həcmində xalis mənfəət əldə etmişdi.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "LivingSocial.com" endirim kuponları satış xidmətinin zəif göstəriciləri qismən "günahkar"dır, çünki "Amazon" şirkəti bu xidmətə milyonlarla dollar sərmayə yatırıb. Əgər "LivingSocial" xidmətinə qoyulmuş məbləği hesaba almasaq, o zaman şirkətin zərəri 1 səhm üçün 23 sentə bərabər olardı. Hazırda isə bu göstərici 60 sent təşkil edir.

2012-ci ilin üçüncü rübündə "Amazon" şirkətinin mədaxili 27 faiz artaraq 13,8 milyard dollar təşkil edib.Qeyd edək ki, "Amazon" sentyabrda rider və planşet çeşidini yeniləyib.




EMİL



Baxış sayı: 1279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024