12px13px15px17px
Tarix:21/11/12

Elmi təşkilatların “AzScienseNet”-lə əhatə olunması, onun beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası davam etdirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı seksiyalar üzrə davam edib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə elektron elmin elmi və informasiya təminatı problemləri müzakirə olunub. E-elmin məqsəd, vəzifə və inkişaf problemlərindən danışan institutun şöbə müdiri Təhmasib Fətəliyev ölkəmizdə elmi islahatlar çərçivəsində həyata keçirilən “e-elm” layihəsinin formalaşmaqda olan e-hökumətin tərkib hissəsi olduğunu vurğulayıb.

E-elmin məqsəd və vəzifələri haqqında geniş məlumat verən natiq bildirib ki, sözügedən problemlərlə Birləşmiş Millətlər Təşkilatının “UNESCO”, “UNDP”, “UNIDO”, “WIPO” təşkilatları, eləcə də “ICSU”, “CODATA” və digər beynəlxalq təşkilatlar fəal məşğul olurlar. Bu istiqamətdə müxtəlif layihə, təklif və tövsiyələr mövcuddur.  E-elmin inkişaf tarixinin şəbəkə texnologiyalarının yaranması ilə bağlı olduğunu qeyd edən T.Fətəliyev, hazırda dünyada mövcud olan müxtəlif yanaşma, standart və dövlət proqramları haqqında da məlumat verib. Respublikamızda layihə üzrə görülən işlərdən söhbət açaraq, bu istiqamətdə dünya təcrübəsinin öyrənildiyini, mövcud vəziyyətlə bağlı araşdırmalar aparıldığını qeyd edib.

İKT-nin tətbiq vəziyyətinin monitorinqinin aparıldığını, nəticələrin təhlil edildiyini, e-elmin şəbəkə platforması olan “AzScienseNet” elm kompüter şəbəkəsinin infrastrukturunun inkişaf etdirildiyini və AMEA-nın Verilənlərin Emalı Mərkəzinin yaradıldığını nəzərə çatdırıb. Bildirib ki, elmi təşkilatların şəbəkə ilə əhatə olunması, onun xidmətlərindən istifadə edilməsi və beynəlxalq elmi şəbəkələrlə inteqrasiya işləri davam etdirilir. T.Fətəliyev, həmçinin “Açıq elmi resurslar: yaradılma mexanizmləri və vasitələri” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutun şöbə müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev isə  Koreya Respublikasının elektron elm infrastrukturu haqqında geniş məlumat verib. Koreyada elm və texnologiya sahəsinin inkişafına böyük önəm verildiyini qeyd edən alim, e-elm sahəsində bir sıra mühüm təşəbbüsləri, o cümlədən, super-kompüterlərdən və qabaqcıl tədqiqat platformalarından ortaq istifadə siyasətinin Elm və Texnologiya Nazirliyi və Koreya Elmi-Texnoloji İnformasiya İnstitutu tərəfindən həyata keçirildiyini söyləyib. Alim bildirib ki, Koreya “Milli e-elm” layihəsinin vacib tərkib hissəsi elmi tədqiqatların, resursların, təhlükəsizliyin idarə edilməsi, vizuallaşdırma, istifadəçi portalları sahəsində proqram təminatının yaradılmasıdır.

Alim e-imza texnologiyaları və istifadə qaydaları ilə bağlı geniş məlumatı nəzərə çatdırıb.
Tədbirdə çıxış edən digər məruzəçilər Nigar İsmayılova, Fədai Gəncəliyev, Cəmilə Yusifova və Rəhilə Həsənova e-elm mühitində bibliometrik metodların tətbiqi imkanları və perspektivləri, beynəlxalq elmi qiymətləndirmə bazalarının müqayisəli təhlili, e-elmin informasiya təminatının təşkili istiqamətləri, mexanizmləri və s. haqqında məruzələrlə çıxış ediblər.
 
Həqiqət İSABALAYEVA





Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti