12px13px15px17px
Tarix:21/11/12

Televizor bazarının həcmi azalmağa davam edir

Televizor bazarında artıq 4 rüb ardıcıl olaraq tədarüklərin həcmi azalmağa davam edir. “NPD DisplaySearch” analitik şirkətinin məlumatına əsasən, 2012-ci il dünyada bütövlükdə 58,07 milyon televizor tədarük edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, televizor tədarüklərinin həcmində azalma daha çox Yaponiyada qeydə alınıb. 1 il ərzində göstəricilər 70 faizdən çox azalıb. Qərbi Avropada ötən illə müqayisədə azalma 15 faizə bərabər olub.

Şimali Amerika və Çin bazarlarında vəziyyət bir qədər yaxşıdır: 2012-ci ilin üçüncü rübündə bu regionlara televizor tədarükünün həcmi illik hesablama üzrə müvafiq olaraq 3 və 13 faiz yuxarı olub. Asiya-Sakit okean regionunda yerləşən ölkələrə gəlincə isə burada televizor tədarüklərinin həcmi ekspertlərin gözlədiyindən az artıb.

“DisplaySearch” analitik şirkətinin məlumatına görə, TV seqmentində qüvvələr nisbəti dəyişməyib: “Samsung Electronics” və “LG” şirkətləri mədaxil həcminə görə  əvvəlki kimi lider olaraq qalırlar.

EMİL




Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020