12px13px15px17px
Tarix:29/11/12

İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans Azərbaycanda keçiriləcək

İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfransın (AICT-2012) Azərbaycanda keçirilməsi planlaşdırılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, konfransın məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, öncəki illərdə İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans Bakı və Daşkənd şəhərlərində keçirilib.

Bakıda keçirilən konfrans 2009-2011-ci illərdə baş tutub. İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 6-cı Beynəlxalq Konfrans (AICT-2012) bu ilin oktyabrında Gürcüstanın Tbilisi şəhərində keçirilib. Konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edib və informasiya-kommunikasiya texnologiyalarının təhsil, elm, iqtisadiyyat, biznes, səhiyyə, idarəetmə, dövlət strukturlarında və digər sahələrdə tətbiqinin daha da yaxşılaşdırılması yolları əsas müzakirə obyektləri olub.

Mütəxəssislərin fikrinə görə, bütün bunlar biznes, iqtisadiyyat və başqa sahələrdə işin yaxşılaşdırılması ilə yanaşı, dövlət strukturlarının fəaliyyətində də yeniliklərin tətbiqi yollarına diqqəti cəlb edəcək. Konfrans son vaxtlar böyük maraq kəsb edən naqilsiz internet, 3-cü və 4-cü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
 
HƏQİQƏT




Baxış sayı: 1148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020