12px13px15px17px
Tarix:12/12/12

2020-ci ildə rəqəmli verilənlərin həcmi 40 zettabaytı ötəcək

"Digital Universe"nin dərc etdiyi hesabata əsasən, növbəti 8 il ərzində rəqəmli verilənlərin həcmi 40 zettabaytı ötəcək. Bu göstərici planetin hər bir sakini üçün 5200 qiqabayt deməkdir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 40 zettabayt 40 trilyon qiqabaytdır. Hesabat müəllifləri bildirirlər ki, rəqəmli verilənlərin əksəriyyəti insanlar deyil, kompüterlər tərəfindən yaradılacaq.

Verilənlərin həcminin mühüm dərəcədə artmasına "bulud" xidmətləri, ev və sənaye obyektlərinin avtomatlaşdırılması üçün "ağıllı" sistemlərin populyarlığının artması imkan yaradacaq.

EMİL



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024