Tarix:20/12/12
Fakültənin inkişaf tarixində professor Abuzər Xələfovun xidmətlərinin danılmaz olduğunu söyləyən A.Əliyeva-Kəngərli AMEA prezidenti, akademik Mahmud Kərimovun təbrik məktubunu da A.Xələfova təqdim edib. Professor A.Xələfov kitabxanaçılıq fikirlərinin meydana gəlməsi, təşəkkülü, inkişafı, kitabxana və kitabxana işi haqqında kompleks elm olan kitabxanaşünaslığın bir elm kimi formalaşmasından söz açıb, kitabxanaların inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Sonra AMEA MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova "AMEA Mərkəzi Elmi kitabxanası dünya informasiya məkanına doğru", fakültənin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, ped.ü.f.d. Nadir İsmayılov "Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ilə AMEA MEK-in əlaqələri" mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, fakültənin elmi, tədris və bir sıra fəaliyyətləri MEK ilə qarşılıqlı olaraq həyata keçirilir. Tədbirdə çıxış edən fakültənin Kitabşünaslıq kafedrasının müəllimi, t.e.d. Bayram Allahverdiyev və pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədov fakültənin fəaliyyətinin təcrübədə tətbiqi məsələləri, bu istiqamətdə Abuzər Xələfovun gördüyü misilsiz xidmətlərdən söz açıblar. Sonda fakültənin 65 illik tarixini əks etdirən sərgi nümayiş etdirilib.
HƏQİQƏT
“İnformasiya cəmiyyəti və Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsinin inkişafının aktual problemləri”
"İnformasiya cəmiyyəti və Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsinin inkişafının aktual problemləri" mövzusunda Respublika elmi konfransı keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illiyinə həsr olunmuş konfransda MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli fakültənin yaranma tarixi, fəaliyyəti barədə məlumat verib.Fakültənin inkişaf tarixində professor Abuzər Xələfovun xidmətlərinin danılmaz olduğunu söyləyən A.Əliyeva-Kəngərli AMEA prezidenti, akademik Mahmud Kərimovun təbrik məktubunu da A.Xələfova təqdim edib. Professor A.Xələfov kitabxanaçılıq fikirlərinin meydana gəlməsi, təşəkkülü, inkişafı, kitabxana və kitabxana işi haqqında kompleks elm olan kitabxanaşünaslığın bir elm kimi formalaşmasından söz açıb, kitabxanaların inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Sonra AMEA MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova "AMEA Mərkəzi Elmi kitabxanası dünya informasiya məkanına doğru", fakültənin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, ped.ü.f.d. Nadir İsmayılov "Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ilə AMEA MEK-in əlaqələri" mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, fakültənin elmi, tədris və bir sıra fəaliyyətləri MEK ilə qarşılıqlı olaraq həyata keçirilir. Tədbirdə çıxış edən fakültənin Kitabşünaslıq kafedrasının müəllimi, t.e.d. Bayram Allahverdiyev və pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədov fakültənin fəaliyyətinin təcrübədə tətbiqi məsələləri, bu istiqamətdə Abuzər Xələfovun gördüyü misilsiz xidmətlərdən söz açıblar. Sonda fakültənin 65 illik tarixini əks etdirən sərgi nümayiş etdirilib.
HƏQİQƏT
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır