12px13px15px17px
Tarix:07/01/13

“Hewlett-Packard” heyətini ixtisar etməyə davam edir

"Hewlett-Packard" (HP) şirkəti 2012-ci ildə aparılan yenidənqurma proqramı çərçivəsində 17800 əməkdaşını ixtisar edib. 2012-ci il oktyabrın 31-nə olan məlumata görə, hazırda "HP" şirkətində 331800 əməkdaş çalışır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin mayında şirkət yenidənqurma və işin effektivliyinin artırılması üzrə qlobal təşəbbüs çərçivəsində heyətinin ixtisar edilməsi planı haqqında bəyan etmişdi.

"HP"-nin idarəetməsi yenidənqurma proqramı çərçivəsində təxminən 29000 işçi və ya ştatın 8,3 faizini ixtisar etməyi planlaşdırır. İxtisar proqramını 2013-cü ilin sonuna başa çatdırmaq planlaşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020