12px13px15px17px
Tarix:14/01/13

“Elektron məktəb” layihəsinə qoşulmaq icbaridirmi?

"Elektron məktəb" layihəsinə qoşulmaq könüllüdür, heç kim zorla bu xidmətə qoşula bilməz". Bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilir.

Nazirlikdən verilən məlumata görə, valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və onların hər hansı fənn üzrə aldıqları qiymət barədə məlumatlar valideynlərin mobil telefonlarına göndərilir. Bu xidmətə hər bir valideyn tamamilə könüllü olaraq qoşulur". Xidmətin məqsədi valideynlərin övladlarının davamiyyəti haqqında daha operativ məlumat almasıdır.

Mobil telefonlara SMS göndərilmə əsasında fəaliyyət göstərildiyi üçün xidmət pulludur və ayda 4 manat 72 qəpik təşkil edir. Elektron gündəlik xidməti birbaşa olaraq elektron jurnalların tətbiqi ilə əlaqədardır.

Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Elektron məktəb" layihəsinə daxil olan ümumtəhsil məktəblərində elektron jurnallar tətbiq olunmaqdadır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan şəhərlərində yerləşən 32 ümumtəhsil məktəbində elektron jurnallar tətbiq olunur.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, elektron jurnallardan istifadə edən məktəblərin sırasına cari dərs ilində daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq ediləcək.

RƏVAN



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024