12px13px15px17px
Tarix:15/01/13

Mobil qurğular vasitəsilə satınalmalar populyarlaşır

“Ağıllı” telefon və planşet kompüterləri insanlar üçün bir sıra müxtəlif imkanlar yaradır. Onlardan biri də internet üzərindən satınalma həyata keçirmək imkanıdır. 2012-ci ildə mobil qurğular vasitəsilə internetdən təqribən 25 milyard dollar həcmində satınalma edilib. 2011-ci il ilə müqayisədə artım 81 faiz təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, internet üzərindən həyata keçirilən alış-verişin əsas problemi “ağıllı” telefonun ekranının kiçik ölçülü olmasıdır. Etiraf edək ki, fərdi kompüter və ya noutbuk ekranı arxasında baxmaq və seçim etmək daha rahatdır.

Bununla belə, böyük diaqonallı ekranla təchiz edilmiş planşet kompüterlərinin meydana çıxması vəziyyəti dəyişdirdi: insanlar divanda əllərində “iPad” və ya digər planşetlə uzanaraq internet üzərindən yeni əşyalar satın alır.

Emil Hüseynov



Baxış sayı: 407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020