12px13px15px17px
Tarix:01/02/13

“Dropbox” “bulud” xidmətində fayllara ön baxış mümkün olacaq

"Dropbox" "bulud" xidmətində tətbiq ediləcək iki yeni funksiya faylı yükləmədən onun tərkibinə əvvəlcədən baxmağa imkan yaradacaq.

İstifadəçilər birinci funksiya sayəsində "RTF", "PDF", "Microsoft Word (Doc və Docx)" və "PowerPoint" fayllarını "Dropbox" proqramının daxilində aça biləcəklər.

Daha sonra "Excel" formatı da dəstəklənəcək. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, ikinci funksiya bütün fotoları (onlar müxtəlif qovluqlarda yerləşsə belə) göstərəcək və onları xronoloji sıra üzrə yerləşdirəcək.

İstifadəçilər bir neçə foto seçərək onlardan albom yarada və onu "Facebook", "Twitter"də paylaşa biləcəklər. Hər iki yeni funksiya bir neçə ay ərzində tətbiq ediləcək.

Emil Hüseynov



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024