12px13px15px17px
Tarix:02/02/13

Azərbaycanın prokurorluq orqanlarında İKT ilə bağlı bir sıra uğurlar əldə edilib

Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsi tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində "Elektron Sənəd Dövriyyəsi" sisteminin yaradılması və 2012-ci ilin əvvəllərindən etibarən həmin sistemin Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərməsi təmin olunub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikir Baş Prokurorluğun 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında səsləndirilib.

İclasda həmçinin qeyd olunub ki, Elm-Tədris Mərkəzi ilə əlaqəli şəkildə "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət" İnformasiya Proqramı yaradılmaqla 2012-ci ilin oktyabr ayından bu sistemin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələri və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılıb.

“2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında” Dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun müvafiq Tədbirlər Planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilib.

CAHANGİR



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024