12px13px15px17px
Tarix:04/02/13

Elman Rüstəmov: «Elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması təşviq ediləcək»

«2012-ci ildə də Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilib, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilib. Ölkədə nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilib».

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında sədr Elman Rüstəmov söyləyib. O bildirib ki, Mərkəzi Bankda yeni strateji plan çərçivəsində qəbul olunan layihələr 2012-ci ildə uğurla həyata keçirilib.

Strateji planın realizasiyası həlledici mərhələyə daxil olub. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılıb: «Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib». E.Rüstəmov qeyd edib ki, 2013-cü ildə də nağdsız ödənişlərin miqyasının genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcək:

«Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaq. İnnovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləviləşməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması təşviq ediləcək».

SEYMUR



Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024