12px13px15px17px
Tarix:03/04/13

40 il bundan əvvəl mobil telefon vasitəsilə ilk zəng həyata keçirilib

Nyu-Yorkda mobil telefon vasitəsilə həyata keçirilmiş ilk zəngin 40-cı "doğum günü" qeyd olunur. 1973-cü il aprelin 3-də mühəndis Martin Kuper "Motorola" şirkətinin mobil telefon prototipi vasitəsilə ilk zəng həyata keçirib.

Telefonun çəkisi 1,15 kiloqram, uzunluğu 22.5 santimetr olub. "1973-cü il aprelin 3-də mütəxəssis meqapolisin küçələrindən birində mobil telefon prototipini sınaqdan keçirib. O, "Bell Labs" firmasının qabaqcıl hazırlamalar laboratoriyasının müdiri Coel Engelə zəng vuraraq ona "Motorola"nın inqilabi nailiyyəti haqqında məlumat vermişdi" – "New York One" televiziya kanalı o günlərdə xəbər vermişdi.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, 40 il ərzində mobil telefonlar əsas məhsullar kateqoriyasına daxil olub, "Motorola" isə lider mövqeyini əldən verib və 2011-ci ildə iki hissəyə bölünüb.


Şirkətin mobil qurğu istehsalı ilə məşğul olan hissəsi "Motorola Mobility" adlanır və "Google" korporasiyası onu 12.5 milyard dollara satın alıb. 2012-ci ildə satılmış mobil telefonların sayına görə o, istehsalçıların siyahısında yalnız 9-cudur. Şayiələrə görə, hazırda "Google" və "Motorola Mobility" "X-Phone" adlanan aparat hazırlayır. Qeyd edək ki, o, "Google X" məxfi laboratoriyasında hazırlanan super qurğu kimi qələmə verilir.

Emil Hüseynov



Baxış sayı: 1356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024