12px13px15px17px
Tarix:22/04/13

Azərbaycan “Caspian Telecoms 2013” beynəlxalq konfransında iştirak edib

Azərbaycanın informasiya texnologiyaları sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq konfransının işində təqdim olunub. Aprelin 18-19-da İstanbulda keçirilmiş konfransın təşkilatçıları Türkiyənin “E International Exhibitions Inc.”, Rusiyanın “ITE Moscow LLC” və Böyük Britaniyanın “ITE Group PLC” şirkətləridir.

Sərgi-konfransın işində Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Moldovanın, Monqolustanın, Qırğızıstanın və başqa ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri tərəfindən təmsil olunub.

Nazirlikdən bildiriblər ki, konfransda avadanlıq istehsalçılarının, rabitə operatorlarının, maliyyə strukturlarının, beynəlxalq və digər təşkilatların nümayəndələri iştirak edib. “Caspian Telecoms 2013” çərçivəsində keçirilmiş müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edib.



Baxış sayı: 359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020