12px13px15px17px
Tarix:26/04/13

“Elektron satınalmanın yayılmasında əsas məsələlər” mövzusunda “dəyirmi masa” keçirilib

Satınalmalar üzrə Dövlət Agentliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birlikdə USAİD-in yerləşdiyi binada "Elektron satınalmanın yayılmasında əsas məsələlər" mövzusunda "dəyirmi masa" keçirib.

Sözügedən tədbirdə Sənaye və Energetika Nazirliyinin (SEN) Elektron idarəetmə şöbəsinin müdir müavini Rüstəm Şəfaqətov iştirak edib.

Bu barədə «ICTnews" elektron xəbər xidmətinə SEN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, qarşılıqlı müzakirələr şəklində keçirilən tədbirdə informasiya texnologiyalarının bugünkü və gələcək perspektivləri, həmçinin elektron satınalmaya təsiri haqqında danışılıb.

SEYMUR



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024