12px13px15px17px
Tarix:02/06/11

İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək

Cisco şirkəti Cisco Visual Networking Forecast 2011-2015 şəbəkə inkişafı indeksinin yeni variantını dərc edib. Hesabatda 2015-ci ilə qədər internetə qoşulmuş elektron qurğuların sayının 15 milyardı ötəcəyi bildirilir. Yəni planetin hər bir sakininə təxminən 2,5 şəbəkə qurğusu düşəcək. Şirkət proqnozlarına görə, 2015-ci ildə internet-trafikin illik həcmi 966 ekzabaytı ötəcək. Hesabatda deyilib ki, yalnız 2014-dən 2015-ci ilə qədər internet-trafikin həcmi 200ekzabayt artacaq, bu da 2010-cu il ərzində internetdə verilmiş trafikin həcmindən çoxdur.
Cisco-da güman edirlər ki, internetə qoşulmuş qurğuların güclü artımı təxminən 2012-ci ilin sonundan, M2M (Mashine-to-Mashine) kommunikasiyaları texnologiyaları fəal inkişaf etməyə başlayandan sonra müşahidə olunacaq. Eyni zamanda, Cisco-nun proqnozlarına əsasən, 2015-ci ilə internet-istifadəçilərin sayı bütün dünyada 3 milyard insanı və ya planet əhalisinin 40%-ni təşkil edəcək.
4,5 il ərzində dünyada genişzolaqlı qoşulmanın orta sürəti isə 4 dəfə artacaq: 7MB/san-dən 28 MB/san-dək. Şirkətin hesablamalarına görə, son 2 il ərzində genişzolaqlı şəbəkənin sürəti 2 dəfə artıb.



Baxış sayı: 4425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2021

19 04 2021

19/04/21
Smartfonlara "casus" selfi kameraları quraşdırılacaq

2021-ci ildə smartfonlara istifadəçinin gözünə görünməyən ön kameralar kütləvi şəkildə quraşdırılmağa

19/04/21
Dünyada minlərlə sayt müvəqqəti olaraq əlçatmaz olub

Dünyada minlərlə sayt və şəbəkə BGP marşrutlarının (dinamik marşrutlaşdırma protokolları) genişmiqyaslı i

19/04/21
Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) 

19/04/21
“Samsung” eyni anda üç qurğu ilə işləyən yeni klaviatura təqdim etməyə hazırlaşır

“Samsung” şirkəti eyni anda bir neçə cihaza qoşula bilən simsiz klaviatura təqdim etməyə hazırlaşır. “Sma

19/04/21
2021-ci ilin ən innovativ şirkətlərinin adı açıqlanıb

“Boston Consulting Group”un analitikləri tərəfindən dərc edilmiş 2021-ci ilin ən innovativ şirkətlərinin

19/04/21
“Adobe” şirkətinin həmtəsisçisi vəfat edib

“Adobe” şirkətinin həmtəsisçisi Çarlz Qeşke 81 yaşında vəfat edib. Bu barədə “Associated Press”

19/04/21
“SpaceX” şirkəti Aya astronavtlar göndərəcək

İlon Maska məxsus “SpaceX” şirkəti Aya astronavtlar göndərəcək. Şirkət ABŞ Kosmik Agentliyinin (NASA) müv

19/04/21
“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud reji

19/04/21
Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb

“Gartner” analitik şirkəti fərdi kompüter, planşet və smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnoz a