12px13px15px17px
Tarix:01/06/11

Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək

Milli Məclisin iclasında "Yol hərəkəti haqqında"   qanuna dəyişikliklərin edilməsi müzakirə edilib.  
Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, yeni dəyişikliklər sürücülərin işinin daha da sadələşməsinə gətirib çıxaracaq. Belə ki, dəyişikliklərə görə, qanun pozuntusu aşkarlanarsa, pozuntu barədə protokol dərhal sürücüyə təqdim edilməli, həmçinin, cərimənin məbləği protokolda göstərilməlidir.
Eyni zamanda, sürücünün cəriməni plastik kartla ödəməsinə şərait yaradılacaq. Dəyişikliklərdə o da nəzərdə tutulub ki, inzibati cəzalara məruz qalmış sürücülər haqqında bütün məlumatlar internetdə yerləşdiriləcək. Dəyişikliklərin sürücüləri ən çox sevindirəcək hissəsi isə ondan ibarətdir ki, inzibati cəzaya tuş gələn sürücülər cərimələrini protokol tərtib edildikdən sonrakı 3 iş günü ərzində ödəyəcəkləri halda, cərimə məbləğinin 10 faizi miqdarında güzəşt qazanacaq.  



Baxış sayı: 4296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Yanvar 2020

27/01/20
Yeni özü parçalanan qurğu endoskopiyanı xeyli asanlaşdırır

Bir sıra analizlər xəstə tərəfindən xüsusi qurğunun udulmasını tələb edir. Sonra həmin qurğu ağız boşluğu

27/01/20
“Tinder” servisində “həyəcan” düyməsi istifadəyə veriləcək

“Tinder” romantik tanışlıq servisində “həyəcan” düyməsi funksiyasının tətbiqi planlaşdırılır. Belə ki, is

27/01/20
Mütəxəssislər silinməyən “Android” virusu barədə xəbərdarlıq ediblər

“Dr.Web” antivirus şirkətinin mütəxəssisləri istifadəçilərin fərdi məlumatlarını toplayan və silinməyən “

27/01/20
“Facebook Messenger”də sifətin tanınması sistemi əlavə ediləcək

“Facebook” şirkəti “Messenger” əlavəsinə sifətin tanınması sistemini əlavə etməklə istifadəçi yazışmaları

27/01/20
Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb

Yaxın 10-15 ildə Böyük Britaniyada bir çox atom elektrik stansiyalarının öz fəaliyyətini dayandıracağı gö

27/01/20
Londonda sifəti tanıyan müşahidə kameraları quraşdırılacaq

Böyük Britaniyanın paytaxtı London real vaxt rejimində sifətin tanınması funksiyasına malik müşahidə kame

27/01/20
“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb

“Kasperski laboratoriyası” antivirus şirkəti 2019-cu ildə “macOS” əməliyyat sisteminin istifadəçiləri ara

26 01 2020