12px13px15px17px
Tarix:02/05/13

Azərbaycanda “mobil hökumət”ə keçid başlayır

"Azərbaycanda "elektron hökumət"dən "mobil hökumət"ə keçid başlayır". Bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.

Nazir deyib ki, Vergilər Nazirliyi elektron xidmətlərin tətbiqi zamanı mövcud və gələcək problemlərin qarşısının alınması məqsədilə avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) ilə sıx inteqrasiya olunan elektron imza sertifikat xidmətləri mərkəzi yaradılıb.

Mərkəz Avropa standartlarına uyğun şəkildə hazırlanıb ki, bu da elektron imzanın Azərbaycanda və Avropada qarşılıqlı tanınmasına icazə verəcək. Nazirin fikrincə, bu, Azərbaycan vətəndaşlarına digər ölkələrin vətəndaşları ilə birgə şirkətlər qurmağa və internet vasitəsilə onlayn rejimdə müqavilələr imzalamağa imkan verəcək.

"Mərkəz mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan elektron imzaya istənilən növ qurğudan çıxış imkanı olacaq. Bu da öz növbəsində ölkədə internet və mobil bankçılığın inkişafına və nağdsız ödəmələrin genişlənməsinə təkan verəcək", - Məmmədov bildirib.

Onun sözlərinə görə, bu xidmətin işə salınması və onun mobil imza mərkəzi (ASAN-imza) ilə inteqrasiya olunmasını "elektron hökumət"dən "mobil hökumət"ə keçid kimi qiymətləndirmək lazımdır.

"Azərbaycanda informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişafı əhali arasında elektron xidmətlərdən istifadə tələbatını və elektron imzaların tətbiqinin zəruriliyini artırır", - nazir bildirib. Onun sözlərinə görə, Vergilər Nazirliyi elektron xidmətlərin sayının artırılmasını, elektron imzaların tətbiqinin genişləndirilməsini və mobil qurğular vasitəsilə xidmətlərin göstərilməsini planlaşdırır.

RƏVAN



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020