12px13px15px17px
Tarix:03/05/13

Moskvada “Açıq İnnovasiyalar” adlı Beynəlxalq Forum keçiriləcək

Cari ildə oktyabr ayının 31-də Moskva şəhərində “Açıq İnnovasiyalar” adlı Beynəlxalq Forum keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, azərbaycanlı sahibkarların və iş adamlarının da dəvət olunduğu forum noyabrın 2-nə qədər davam edəcək. Qeyd edək ki, qlobal forum innovasiyalar və ən son texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərinə həsr olunub.

Forumun əsas təşkilatçıları Rusiya Federasiyası Hökuməti, o cümlədən Moskva şəhər merliyi, Rusiyanın sahə üzrə aparıcı təşkilatlarıdır. Beynəlxalq kooperasiyanın perspektivlərinə yönələn tədbir təcrübə mübadiləsi, həmçinin dünyanın əsas tendensiyalarının analizi və birgə təhlil edilməsi məqsədilə biznes, hökumət və elm nümayəndələrini bir araya gətirir. Rusiya Federasiyası hökumətinin Aparat rəhbəri – hökumət sədrinin müavini, “Açıq innovasiyalar” forumu Təşkilat Komitəsinin sədri Vladislav Surkovun sözlərinə görə, qlobal forum - innovasiya fəaliyyəti üzrə beynəlxalq əməkdaşlıq sahəsinin inkişaf etdirilməsi, şirkətlərin innovasiya fəaliyyətinin stimullaşdırılması, eyni zamanda yeni texnologiyaların tətbiqi və istifadəsi üçün müvafiq şəraitin yaradılmasında Rusiya institutlarının birgə fəaliyyətinin nəticəsidir:

“İnnovasiya fəaliyyəti Rusiya dövləti üçün ən mühüm və əsas prioritetlərdən biridir. Yaxın gələcək üçün ölkəmizin inkişaf strategiyası bu sahənin yaratdığı imkan və resurslardan asılıdır. Biz unikal innovasiya mühitinin yaradılması və texnologiyaların kommersiyalaşması üzrə elmi-tədqiqat sahəsində qabaqcıl alim və aparıcı elmi araşdırmalar müəssisələri, xarici tərəfdaşlarla əməkdaşlığa açığıq və hazırıq”.

HƏQİQƏT



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024