12px13px15px17px
Tarix:06/05/13

“B&B TV Communications” Bakını DVB-T televiziya yayımı formatına keçirməyə hazırdı

“B&B TV Communications” şirkəti Bakı şəhərində DVB-T televiziya yayımı formatına keçməyə hazırdı.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırlıq işləri görülüb, “B&B TV Communications” şirkəti yayımın təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasını gözləyir.

“Bundan sonrakı işimiz birbaşa radiotezliklərın ayrılması ilə bağlıdır. Radiotezliklər ayrıldığı halda biz artıq alınacaq avadanlığın texniki parametrlərini müəyyən edəcəyik. Layihə çərçivəsində antena, stasionar və digər avadanlıqların alınması nəzərdə tutulur”,- deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, layihənin bir hissəsi, o cümlədən sosial televiziya yayımı paketinin təqdim edilməsi, əhalini yeni formatda yayımın xüsusiyyətləri ilə tanış etmək və s. dövlət hesabına maliyyələşdiriləcək. Şirkət isə avadanlıqların təchizatını, keyfiyyətli xidmətlərin təşkili, yeni billinq sisteminin alınmasını və s. məsələlərin həllini təmin etməlidir.

Aynur Vəliyeva



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024