12px13px15px17px
Tarix:11/05/13

“İnnovasiya və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakı SYSLAB Mərkəzi fəaliyyətə başlayıb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) ilə birlikdə həyata keçirdiyi "İnnovasiya və məşğulluğun inkişafı" layihəsi çərçivəsində Bakıda SYSLAB Mərkəzi yaradıb.

ƏƏSMN-dən bildirilib ki, mərkəzin yaradılmasında məqsəd gənclərin iş axtarmaq və iş qurmaq bacarıqlarının inkişafı ilə bağlı təlimlərin təşkil olunması, eyni zamanda şəbəkənin yaradılması və yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı kadrlara iş axtarmaqda köməklik göstərməkdir. SYSLAB Mərkəzinin start verdiyi ilk kursa 40 nəfər gənc qatılıb. Buradakı 4 aylıq kurs müddətində işsizlər və iş axtaranların bacarıqlarının artırılması yolu ilə əmək bazarına çıxışın asanlaşdırılması nəzərdə tutulur.

Qeyd edək, "İnnovasiya və məşğulluğun inkişafı" pilot layihəsinin icrasına 2011-ci il iyun ayında BMT-nin İnkişaf Proqramının Bakı ofisi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə, "SYSLAB İnternational" və Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə başlanılıb.

2013-2014-cü illərdə bu layihənin Bakıda daha da genişləndirilməsi və Azərbaycanın daha iki böyük şəhərində – Sumqayıt və Gəncədə tətbiq edilməsi və ölkə üzrə yaradılacaq mərkəzlər arasında şəbəkənin yaradılması nəzərdə tutulur.

Bakı SYSLAB Mərkəzi il ərzində 80 nəfər iş axtaran şəxsə iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirilməsi və s. mərhələlərdə dəstək göstərməklə onların əmək bazarına inteqrasiya imkanlarını genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, layihə, motivasiya və bacarıqların inkişaf etdirilməsini təmin etməklə "Azərbaycan Respublikasında Məşğulluğa dair Milli Strategiya"nın həyata keçirilməsini təmin etməyə xidmət edir.

Qeyd edək ki, SYSLAB Bakı Mərkəzi 1992-ci ildə noyabr ayının 23-də Bergendə təsis edilən SYSLAB – İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası "SYSLAB International As."-ın məhsuludur.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 2388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024