12px13px15px17px
Tarix:24/05/13

Aşağı orbitə çıxarılacaq məsafədən zondlama peykinin imkanlarının Azərbaycanda istifadəsi üzrə araşdırmalar aparılıb

“Azərkosmos” ASC milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama və yerin müşahidəsi peyklərinin orbitə çıxarılmasına xüsusi diqqət ayırır.

Hazırkı mərhələdə aşağı orbitə çıxarılacaq məsafədən zondlama peykinin imkanlarının Azərbaycanda istifadə istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılıb və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üçün işlərə başlanılıb.

Aşağıorbitli peykin üstünlükləri

Aşağıorbitli peykin Azərbaycanda istifadə imkanlarına gəlincə, peyk kənd təsərrüfatı üzrə tədqiqat və dəyərləndirmə, ətraf mühitin mühafizəsi üzrə nəzarət, xəritə çəkmə, geodeziya və şəhərsalma, daşınmaz əmlak məsələlərinin həll edilməsi, nəqliyyat və rabitə infrastrukturunun dəstəklənməsi kimi üstünlüklər verəcək.

Eyni zamanda peykin istifadə imkanlarına dənizdə və quruda neft tədqiqatlarının aparılması, neft dağılmalarının miqyasının qiymətləndirilməsi, fövqəladə hallar və təbii fəlakətlər zamanı dəstək, strateji infrastruktur obyektlərin monitorinqi, milli və regional təhlükəsizliyin təmin edilməsi daxildir.

Yeni peyk layihələri ilə bağlı işlər davam edir

Ümumiyyətlə, əsas istiqamətini inkişafa yönələn fəaliyyət üzərində quran “Azərkosmos” ASC yeni peyk layihələri ilə bağlı işləri davam etdirir. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də peyk layihəsidir.

İlk telekommunikasiya peyki ilə yanaşı, 2015-ci ildə aşağıorbitli peykin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə buraxılması nəzərdə tutulur: “İnformasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan edilib. Bu sahənin iqtisadiyyatda xüsusi çəkisi yüksələn xətlə inkişaf edir və bu mənada peyk rabitəsi öz xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələri yalnız siyasi və kommersiya xarakteri daşımır, bu layihələr ölkənin uzunmüddətli iqtisadi inkişafına yönəlib. “Azərkosmos” ASC telekommunikasiya peykləri ilə yanaşı, Azərbaycanda, o cümlədən regionda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə bir sıra digər peyk layihələri üzərində də iş aparır”.

Layihələr kosmik sahə üzrə mövcud elmi-tədqiqat potensialının artırılmasına kömək edəcək

Sözügedən layihələrdən gözlənilən nəticələrə gəlincə, yerin məsafədən müşahidəsi imkanlarından istifadə edilməsi ölkədə infrastrukturun və iqtisadiyyatın inkişafına, o cümlədən kosmik sahə üzrə mövcud elmi-tədqiqat potensialının artırılmasına kömək edəcək.

Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərindən təsvirlərin qəbulu regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəyəcək. Kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək.

Qafqazın ilk peyk operatoru yüksək etibarlı rabitə platformalarının təmin edilməsi üzrə iş aparır

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən “Azərkosmos” ASC Azərbaycanda, həmçinin Qafqazda ilk peyk operatorudur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” ASC peyk rabitəsi əsasında teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş aparır. İlk peyk operatorunun fəaliyyət istiqamətinə Azərbaycanda ölkə üçün peyk rabitə əlaqələri imkanını təmin etmək, milli kosmik sənayenin inkişafında iştirak etmək, qlobal sahədə növbəti peyk layihələrini həyata keçirməklə əhatə dairəsini genişləndirmək, dünyanın aparıcı peyk operatorları arasında rəqabətə davamlı mövqe tutmaq daxildir.

Milyonlarla insan üçün yüksəksəviyyəli informasiya və rabitə xidmətlərinə əlçatanlıq

İlk telekommunikasiya peykimiz Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raketdaşıyıcısı isə 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin əhatə dairəsinə Orta Asiya və Avropa ölkələri ilə yanaşı, Afrika regionu da daxil olduğu üçün peykin tam adı “Azerspace/Africasat-1a”-dır. “Azerspace-1” peykinin orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək. Kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də hökumət əlaqələrinin yaradılması və korporativ müştərilərə xidmət üçün nəzərdə tutulub, peyk səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcək. Onun dizaynı və qoşulma imkanları vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə biləcək. “Azerspace-1” 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.

Kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayacaq

Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayacaq. Həmçinin “Azərspace-1” peykinin orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş “GTR: Ticarət və Maliyyə Xəbərləri” jurnalı tərəfindən “2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri” sırasına daxil edilib.

Peykin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Yerüstü peyk idarəetmə mərkəzlərinə gəlincə, “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Bakıda, Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi Naxçıvan Muxtar Respublikasında, İkinci Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Malayziyada Sibercaya şəhərində yerləşir. Peyk yüksək ixtisaslı mütəxəssislər tərəfindən idarə olunur.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1041

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye