12px13px15px17px
Tarix:27/05/13

Sensor panellərin qlobal tədarük həcmi 3 milyarda yaxınlaşacaq

2012-2016-cı illər ərzində sensor panellərin qlobal tədarük həcmi iki dəfə artacaq. “IHS DisplayBank” analitik agentliyinin proqnozuna əsasən, 3 il sonra qlobal bazara 2,8 milyard sözügedən məhsul tədarük ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə isə sensor panellərin tədarük həcmi 34% artaraq 1,8 milyard olmalıdır.

"Seqmentin inkişafı texnologiyanın inkişafını sürətləndirəcək. Əgər indiyə qədər sözügedən texnologiya smartfon və planşet bazarı tərəfindən istifadə edilirdisə, hazırda noutbuklar da tez-tez sensor panellərlə təchiz edilir" – “IHS” analitik şirkətinin displey komponentləri və materiallar sahəsi üzrı mütəxəssisi Dyük Yi deyib.

“IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə sensor leptopların qlobal tədarük həcmi 78 milyon təşkil edəcək, halbuki 2012-ci ildə onların sayı 4,6 milyon olub. 3 il sonra istehsal edilən sensor panellərin 12.3%-nin noutbuklar üçün nəzərdə tutulacağı gözlənilir. Ötən il bu göstərici yalnız 2% səviyyəsində olub.

Emil Hüseynov



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024