12px13px15px17px
Tarix:27/05/13

Onun sayəsində bütün dünya ovcumuzun içində olacaq

25-27 fevral 2013-cü il tarixlərində İspaniyanın Barselona şəhərində keçirilmiş Ümumdünya Mobil Konqresi smartfon və planşetlərə dair ən yeni təkliflərini nümayiş etdirmiş istehsalçıları bir araya toplayıb.

Mobil ödəniş – nağd, kart və ya smartfonla?

Afrika mobil ödənişdən istifadəyə görə lider region sayılır. Səyyar rabitə şəbəkələri az inkişaf edib və qitənin bir milyard sakini mobil telefonlardan istifadəyə aludə olub və əksəriyyət ondan maliyyə əməliyyatları zamanı istifadə edirlər.

Mobil ödəniş texnologiyaları daha da yüksək inkişaf səviyyəsinə qədəm qoyur. "MasterCard" bu il "MasterPass" adlanan yeni rəqəmli ödəniş sisteminin inkişaf etdirməyi planlaşdırır. Adıçəkilən sistem müxtəlif qurğularda, həmçinin smartfonlarda işləyəcək. Müştərilərin bank və fərdi məlumatları şəbəkədə "təhlükəsiz bulud"da saxlanılır və buna görə də mağaza və ya internet üzərindən həyata keçirilmiş alış-verişlərin ödənişi üçün həmişə əlçatandır. "NFC" texnologiyası ilə təchiz edilmiş smartfonu xüsusi "oxuyan" qurğuya yaxınlaşdırmaqla da ödənişi həyata keçirmək mümkündür.

Bank və mağazalar öz müştərilərinə "MasterPass" sistemi ilə əlaqələndirilmiş "rəqəmli pul kisələri" təqdim edə biləcək və onlar kredit və debet kartlarından informasiyanı qəbul edəcəklər. Bu, "Samsung"un mobil telefonlarına "Visa – Visa payWave" kontaktsız ödəniş sisteminin ilkin yüklənməsini nəzərdə tutur.

"Visa" və "Samsung" şirkətləri arasında imzalanmış sazişə uyğun olaraq, Cənubi Koreya şirkətinin yeni nəsil mobil qurğuları "Visa" ödəniş sisteminin texnologiyası ilə təchiz ediləcək.

Banklar ödəniş hesabı haqqında məlumatı "Samsung" şirkətinin qurğularına inteqrasiya edilmiş təhlükəsiz mikroprosessora ötürə biləcəklər. Bank məlumatlarının təhlükəsizliyi "Visa" və "Samsung" şirkətləri tərəfindən tətbiq edilmiş təhlükəsiz sistemlərə əsaslanacaq.

"ABI Research" analitik şirkətinin proqnozuna əsasən, 2017-ci ildə "NFC" texnologiyası ilə təchiz edilmiş 1,95 milyard qurğu tədarük ediləcək və "Visa" ümid edir ki, "Samsung" şirkəti ilə imzalanmış saziş mobil ödənişlərin populyarlığını xeyli sürətləndirəcək.

Xərclərin azaldılması

Müştəriləri cəlb etmək onların cibinə görə qurğu təqdim etmək deməkdir. Buna görə istehsalçıların qarşısında duran əsas məsələlərdən biri uyğun qiymətdir.




"Huawei" şirkəti "Microsoft" şirkətinin "Windows Phone" əməliyyat sistemi (ƏS) ilə təchiz edilmiş 4 düymlük ekrana malik və Afrika üçün nəzərdə tutulmuş "4Afrika" smartfonunun satışlarına başlayıb.

Proqram nəhənginin məlumatına əsasən, "4Afrika" smartfonu 200 ABŞ dollarından aşağı qiymətə satılır və artıq onu Anqola, Misir, Kot-d'İvuar, Keniya, Mərakeş, Nigeriya və Cənubi Afrikada satın almaq mümkündür. "Nokia", həmçinin aşağı qiymətlə alıcıları cəlb etməyə çalışır. Finlandiya şirkəti "Windows Phone" ƏS ilə işləyən iki smartfon təqdim edib. "Lumia 520" smartfonunun qiyməti vergi tutulmadan 139 avro, "Lumia 720" isə 249 avro təşkil edəcək. Eyni zamanda "Nokia", həmçinin 15 dollarlıq "Nokia105" mobil telefonunu təklif edib.

Eyni zamanda "Huawei" və "ZTE" şirkətləri təxminən 100 ABŞ dollar qiymətinə sensor ekranlar, sürət prosessorları və daha keyfiyyətli kameralar təklif edərək bazar paylarını artırırlar. "Huawei" iddia edir ki, onun 399 avroluq "Ascend P2" modeli bazarda ən sürətli smartfondur. Sözügedən modelin qalınlığı cəmisi 8,4 millimetrdir və o, 150 Mbit/s-ə qədər sürət təmin edə bilər, yəni 2 saatlıq yüksək keyfiyyətli filmi 5 dəqiqə ərzində yükləmək mümkündür.

Əl çantaları üçün telefonlar və cib planşetləri?

Smartfonların sayı getdikcə çoxalır, planşetlərin ölçüləri isə kiçilir. Hazırda ən yeni planşetlərin bəziləri, həmçinin telefon kimi istifadə edilir.

Ümumdünya Mobil Konqresində təqdim edilmiş "Huawei" şirkətinin 6 düymlük ekranla təchiz edilmiş "Ascend Mate" modeli ölçüsünə görə ən böyük smartfon elan edilib. "ZTE" şirkətinin 5.7 düymlü ekranla təchiz edilmiş "Grand Memo" smartfonu ölçüsünə görə ikinci olub.

Sözügedən telefonları əldə saxlamaq narahatdır və onları cibə salmaq çətindir, lakin əl çantasına asanlıqla yerləşirlər. Buna görə də bu telefonlara qadınlar daha çox üstünlük verir. "Deloitte" şirkətinin proqnozuna əsasən, bu il smartfon tədarüklərinin həcmi bir milyarda çatacaq.

Həm ölçü, həm də funksionallığına görə smartfon və planşetlər arasında sərhədlərin itməsi jurnalistləri "fablet" terminini düşünməyə vadar edib. Bu termin ölçülərinə görə böyük smartfonlardan kiçik planşetlərə qədər yeni qurğuları əhatə edir.

Mobil reklam

Mobil qurğular satınalma, bank əməliyyatlarında getdikcə daha çox istifadə edilir. Nəticədə mobil reklamlara üstünlük verilir. İstifadəçiləri məhsul və ya xidmətlər haqqında xəbərdar etmək üçün qısa mətn mesajları artıq geridə qalır. Hazırda mobil qurğu sahiblərinə interaktiv video vasitəsilə müraciət edirlər.



Elan verənləri böyük ölçülü ekranlar daha çox cəlb edir. Bu nöqteyi-nəzərdən smartfonlar planşetlərə uduzur. "Deloitte" şirkətinin proqnozuna əsasən, 2013-cü ildə planşetlərdə nümayiş etdirilmiş reklamdan əldə olunun gəlirin həcmi 4,9 milyard, smartfonlarda isə təxminən 3,4 milyard ABŞ dolları təşkil edəcək.

Ümumdünya Mobil Konqresində qeydə alınmış tendensiyaya əsasən, mobil rabitə bazarı sürətlə inkişaf edir. Kəskin rəqabət mövcuddur və "oyunçu"lardan kimin qələbə qazanacağını izləmək maraqlıdır.





Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti 

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.