12px13px15px17px
Tarix:05/06/13

AMEA-nın vitse-prezidenti: “İnnovasiya və digər şöbələrin təşkilində əsas məqsəd idarəetmə işlərinin təkmilləşdirilməsindən ibarətdir”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai və Humanitar Elmlər Bölməsinə daxil olan elmi-tədqiqat institutları və təşkilatların direktorları ilə müşavirə keçirilib.

Akademiyanın Rəyasət Heyətindən verilən məlumata görə, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli müşavirədə ictimai və humanitar elmlər sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrdən geniş bəhs edərək bildirib ki, akademiyanın fəaliyyətinin ana xətlərindən biri də dünya elminə inteqrasiya etməkdir: “Bunun üçün dünya elminin müsbət nəticələrini, təcrübəsini öyrənmək və AMEA-nın elmi-tədqiqat institutlarında tətbiq etmək əhəmiyyətlidir.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan Qərb və Şərqin elmi təcrübəsini öyrənmək və sintez etmək üçün geniş imkanlara malikdir. Eyni zamanda, AMEA rəhbərliyi Azərbaycan elminin dəyərlərini və üstünlüklərini dünyaya çatdırmağı da zəruri hesab edir”. AMEA-da struktur dəyişikliklərinə də toxunan akademik İ.Həbibbəyli qeyd edib ki, yeni Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və Analitik Təhlil idarələri və İnnovasiya şöbəsinin təşkil olunmasında əsas məqsəd akademiyanın idarəetmə işlərinin təkmilləşdirilməsindən, əməkdaşların beynəlxalq tədbirlərdə yalnız iştirakçı yox, məruzəçi və təşkilatçı kimi də fəaliyyətini təmin etməkdən ibarətdir.

Bundan əlavə, akademiya elmi ilə ali məktəb elminin vəhdət şəkildə inkişafı, elmi-tədqiqat institutlarında kafedraların filiallarını təşkil edərək elm üçün kadrlar yetişdirmək səyləri akademiyanın yeni rəhbərliyinin həm elm, həm də təhsil müəssisələri üçün əhəmiyyətli təşəbbüsləri kimi nəzərə çatdırılıb.

Dövlət səviyyəli proqramların, irimiqyaslı qrant layihələrinin hazırlanması və icrası işlərində AMEA-nın daha fəal iştirak etməsinin vacibliyi də vurğulanıb. Həmçinin bildirilib ki, qrant layihələrinin icrasının monitorinqi hazırda yalnız donor təşkilatlar tərəfindən aparılır. Bu işlər AMEA daxilində də məsuliyyətlə həyata keçirilərsə, qrant təşkilatlarının daha çox etibarını qazanmaq olar.

Bu da gələcək layihələrə beynəlxalq elmi əməkdaşlığa müsbət təsir göstərə bilər. Natiq AMEA-nın elmi nəşrlərinin keyfiyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində akademiya rəhbərliyinin tələblərini diqqət mərkəzinə çəkib.

Eyni zamanda hazırda AMEA informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi sahəsində həyata keçirilən tədbirlərdən və həmin sahə üzrə nəzərdə tutulan proqramdan, qarşıda duran vəzifələrdən də bəhs edib.

HƏQİQƏT



Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.